CƏMİYYƏT


Şuşaya qədər döyüş yolu keçmiş şəhid

İkinci Qarabağ müharibəsində canlarını Vətən uğrunda fəda edən qəhrəmanlarımızdan biri də Şuşa uğrunda döyüşlərdə 25 yaşında şəhadətə ucalan Elçin İbrahimovdur.
AZƏRTAC xəbər verir ki, Ağstafa şəhər sakini Elçin İbrahimovun arzusu hərbçi olmaq idi. Hərbi xidmətdən qayıtdıqdan sonra da bu barədə düşünürdü. Vətən müharibəsi başlayanda Elçin evin tək oğlu olmasına baxmayaraq, döyüşlərə qatılmaqdan bir an belə tərəddüd etmədi. Əksinə, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başlayan haqq savaşına qatılmağa can atdı və qatıldı da.