CƏMİYYƏT


Xaçmazda şəhid baş gizir İlqar Hüseynlinin xatirəsi anılıb

Xaçmazda Vətən müharibəsi şəhidi, baş gizir İlqar Hüseynlinin şəhadətinin ildönümü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman döyüşçünün Xudat şəhərində keçirilən anım mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Daha sonra şəhidin məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.