Özlərini bank əməkdaşları kimi təqdim edən5 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb
13.10.2021 [11:00]
Xəbərin mətni
Son günlər Daxili İşlər Nazirliyinə vətəndaşlardan bank kartlarından müxtəlif məbləğlərdə pul vəsaitlərinin oğurlanması, həmçinin “Whatsapp” ani mesajlaşma proqramı ilə onlara bankların adından müraciətlərin və zənglərin edildiyi barədə şikayətlər daxil olub. Vətəndaşlar onlara zəng edən və sms yazan şəxslərin guya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə kart məlumatlarının onlara göndərilməsini tələb etdiklərini bildiriblər. Məlumatları göndərən kart sahiblərinin isə sonradan hesablarından pullar onlayn yolla oğurlanıb.