CƏMİYYƏT


Qubanın Qrız Dəhnə kəndində torpaq sürüşməsi 25 ev üçün təhlükə yaradıb

Qubanın Qrız Dəhnə kəndi ərazisində qeydə alınan torpaq sürüşməsində aktivlik müşahidə olunur.
Rayon İcra Hakimiyyəti başçısının Əlik inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Ağasıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır. Əlli hektar ərazini əhatə edən sürüşmə dağlıq ərazidə baş verib. Sürüşmə zonası ilə evlər arasında təxminən 400 metr məsafə var.