CƏMİYYƏT


Gəncədə “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilən və 8 Noyabr – Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob Gəncə şəhərindən start götürüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fləşmob Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə reallaşıb.Heydər Əliyev meydanında baş tutan fləşmobda əsasən qazilər və şəhərdə fəaliyyət göstərən universitet və kolleclərin tələbə gənclər təşkilatlarının fəal üzvləri yaxından iştirak ediblər. İki minə yaxın gənc Azərbaycan Respublikasının xəritəsi və içərisində “Qarabağ Azərbaycandır!” yazısı olan canlı simvol yaradıblar.