Yaralansa da, yenidən döyüşlərə atılan qəhrəman tankçı
14.10.2021 [19:03]
Xəbərin mətni
Bu gün Vətən müharibəsinin şəhidi Yusif Ələsgərovun doğum günüdür. Tovuzda Ermənistanla sərhəddə Yuxarı Öysüzlü kəndində doğulub boya-başa çatan Yusif uşaqlığından hərbçi olmağı, düşməndən qisas almağı arzulayıb. 44 günlük müharibənin 42 günü döyüşlərdə iştirak edən qəhrəmanımız Xocavənd-Şuşa istiqamətində şəhadətə ucalıb.