CƏMİYYƏT


Moskvada İkinci Qarabağ müharibəsində Qələbənin ildönümünə həsr olunmuş görüş keçirilib

Moskvada İkinci Qarabağ müharibəsində Qələbənin ildönümünə həsr olunmuş görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın baş ravvini Berl Lazar, Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.