Xaçmazda şəhid kəşfiyyatçı Ehtiram Heydərovun xatirəsi anılıb
15.10.2021 [18:12]
Xəbərin mətni
Xaçmazda Vətən müharibəsi şəhidi, kəşfiyyatçı Ehtiram Heydərovun şəhadətinin ildönümü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman döyüşçünün Uzunoba kəndində keçirilən anım mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.