Şəhid Anar Tağıyevin xatirəsi yad olunub
15.10.2021 [18:25]
Xəbərin mətni
Torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək, tarixə şərəfli imzasını atan şəhidlərimizdən biri də Anar Tağıyevdir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri Anar Tağıyevin, həmçinin digər şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə gül dəstələri düzüblər.