CƏMİYYƏT


FHN: Nərimanov rayonunda ticarət obyektlərində baş verən yanğının söndürülməsi tədbirləri davam etdirilir

Məlumat verildiyi kimi, oktyabrın 16-da səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunun Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə məlumat daxil olub.FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saat 08:52-də daxil olan zəngdən cəmi dörd dəqiqə sonra - saat 08:56-da nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.