CƏMİYYƏT


Ermənilərin viran qoyduğu yurd yerlərimiz gülüstana çevriləcək

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Cəbrayıl rayonu özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da həyat yenidən qayıdır. Əgər 2020-ci ilin oktyabr ayı Cəbrayıl rayonunun işğaldan azad edilməsi kimi tarixə yazılmışdısa, 2021-ci ilin oktyabr ayı quruculuq, bərpa, inkişaf dövrünün başlanması kimi yaddaşlarda qalacaq.