RƏSMİ


Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma Füzuli Beynəlxalq Hava Limanında görülən işlər barədə məlumat verildi. Bildirildi ki, bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.