Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabadda innovativ üsullarla çiyələk şitillərinin əkininə başlanılıb

19.10.2021 [15:14]

Xəbərin mətni

Oktyabrın əvvəlindən Cəlilabadda yeni əkin sahələrinə çiyələk şitillərinin köçürülməsinə başlanılıb. Builki mövsüm rayonda çiyələk sahələri 500 hektara çatdırılıb.
AZƏRTAC xəbər verir ki, çiyələkçilik Cəlilabad rayonunun iqtisadiyyatının mühüm sahələrindən biri hesab olunur. Gəlirli sahə kimi yerli sahibkarlar çiyələkçiliyin inkişafına ilbəil maraq göstərirlər.