CƏMİYYƏT


Xaçmazda şəhid baş gizir Mahir Məmmədovun xatirəsi anılıb

Xaçmazda Vətən müharibəsi şəhidi, baş gizir Mahir Məmmədovun şəhadətinin ildönümü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ömrünün 17 ilini Vətənə xidmətə həsr edən qəhrəman döyüşçünün Şıxaput kəndində keçirilən anım mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.