Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb

20.10.2021 [10:43]

Xəbərin mətni

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Qazma kənd sakini Anar Bodurovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub.