Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb

21.10.2021 [14:24]

Xəbərin mətni

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 1 və 2a ünvanında yerləşən təxminən 1600 nəfər sakinin yaşadığı binaları əhatə edir.