Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə şəhid tankçı Mirrahil Teymurlunun xatirəsi anılıb

24.10.2021 [13:34]

Xəbərin mətni

Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən şəhid tankçı Mirrahil Teymurlunun ad günündə xatirəsi anılıb: Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhidin döyüş yoldaşları kənd sakinləri və məktəblilər iştirak ediblər.