CƏMİYYƏT


Şəmkirdə avtoxuliqanlıq edən şəxslər həbs olunub

Oktyabrın 20-si axşam saatlarında Şəmkir rayon İrmaşlı kənd sakini Vasif Mirzəoğlu dostu və həmkəndlisi Sənan Tağıyevə məxsus “VAZ” markalı avtomobil ilə toy mərasimində spirtli içki qəbul etdikdən sonra rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozub və bununla da vətəndaşların haqlı narazılığına səbəb olub.