Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən igid döyüşçü Əlibəy Feyruzlunun xatirəsi anılıb

25.10.2021 [17:46]

Xəbərin mətni

Müxtəlif hərbi hissələrin tərkibində nizam-intizamlı, peşəkar hərbçi kimi xidmət edən Əlibəy Feyruzlu 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Murovdağ, Tərtər, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edən igid döyüşçü düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Əlibəy Feyruzlu oktyabrın 25-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.AZƏRTAC xəbər verir ki, şəhid anası Zənifə Mustafayevanın hər iki oğlu müharibədə iştirak edib. Onlardan biri qazi, digəri şəhid olub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI