Azərbaycan Dövlət İnformasiya Agentliyi

Döyüşlərə könüllü qatılaraq 25 gün düşmənə qan udduran igid əsgər Hüseyn Bəşirzadə

25.10.2021 [18:21]

Xəbərin mətni

Otuz ilə yaxın işğalda olan torpaqlarımızın həsrətinə 44 gündə son qoyan igidlərimizdən biri də şəhid Hüseyn Bəşirzadədir. Döyüşlərə könüllü qatılaraq 25 gün düşmənə qan udduran igid əsgərimizin şəhidlik zirvəsinə yüksəlməsindən bir il ötür.
AZƏRTAC xəbər verir ki, 1994-cü il mayın 28-də Lənkəranın Qumbaşı kəndində dünyaya göz açan Hüseyn Bəşirzadə Vətənə məhəbbət, düşmənə nifrət hissi ilə böyümüşdü. İşğalda olan torpaqlarımızı azad görmək ən böyük arzusu idi.