CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyindən “Şərti yanğın həyəcanı hadisəsi” maarifləndirmə tədbiri

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğına Nəzarət xidməti tərəfindən Bakının Nəsimi rayonunda yeni tikilən çox mərtəbəli yaşayış binalarının ətrafında yanğın təhlükəsizliyi ilə bağlı reyd keçirilib. FHN Dövlət Yanğına Nəzarət xidmətinin rəis müavini Aqşin Kazımovun sözlərinə görə, yaşayış binaları birbirinə sıx yerləşdiyindən və maşınların düzgün parklanması olmadığı üçün yanğın zamanı, yanğınsöndürmə maşınlarının girişi üçün çətinlik yarana bilər. Həmçinin Aqşin Kazımov qeyd edib ki, bununla bağlı sahibkarlara, binanı tikən şirkətə xəbərdarlıq olunub və maarifləndirmə işləri davam etdirilir.