Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişli rayon sakininin evindən narkotik vasitələr aşkarlanaraq götürülüb

25.10.2021 [19:06]

Xəbərin mətni

İmişli rayonunda yaşayan N.Əzizovun evindən narkotik vasitələr aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Rəsullu kənd sakini, əvvəllər məhkum olunmuş N.Əzizovun evinə baxış keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 54 qramdan artıq heroin, 4 qramdan çox tiryək, 9 qrama yaxın metamfetamin və 2 kiloqram 251 qram marixuana aşkarlayıblar.