Bərdə: Düşmənin raket atəşi nəticəsində ziyan dəymiş tikililərdə təmir-bərpa işləri yekunlaşmaq üzrədir
26.10.2021 [10:36]
Xəbərin mətni
Ötən il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin artilleriya və ballistik raketlərlə atəşə tutulması nəticəsində Bərdə şəhərində 5 ev və 2 qeyri-yaşayış obyekti dağılıb, 240-dan çox ev və tikiliyə zərər dəyib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülmüş işlər nəticəsində Bərdə şəhərində 215 tikili təmir-bərpa olunub, 5 ev və 1 sahibkarlıq obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim olunub.