CƏMİYYƏT


Ata, ən böyük arzum əmimin qisasını almaq və torpaqlarımızın düşməndən təmizlənməsində iştirak etməkdir...

Sərxan Habil oğlu Həsənov 1999-cu il martın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 2005-2014-cü illərdə Q.Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb. Sərxan 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu il yanvarın 15-də snayperçi kursuna yazılıb, martın 4-də “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb. Sərrast snayperçi bir çox “Fəxri fərman”larla təcltif olunub.