Gömrük nəzarətindən gizlədilən külli miqdarda zərgərlik məmulatları aşkarlanıb
28.10.2021 [12:59]
Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında ölkə ərazisinə Gürcüstan istiqamətindən “çipsi” yükü gətirən “Mercedes-Benz” markalı avtomobil “Qırmızı Körpü” gömrük postuna daxil olub və yük nəqliyyat vasitəsinə rentgen qurğusu ilə baxış zamanı avtomobilin arxa təkərlərinin arasında yerləşən hava balonunda şübhəli cizgilər qeydə alınıb. Hava balonunun isə yalnız mütəxəssis köməyi ilə açılması mümkün olduğu üçün həmin nəqliyyat vasitəsi postun terminalında saxlanılıb.