CƏMİYYƏT


Xaçmazda 2796 nəfərə üçüncü doza peyvənd vurulub

Xaçmaz rayonunda bu günə kimi COVID-19 infeksiyasına qarşı 158 min doza peyvənd vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon sakinlərindən 73 min 317 nəfərinə hər iki doza peyvənd vurulub.
Hazırda rayonda vətəndaşların peyvəndlənməsi, həmçinin üçüncü doza vaksinin vurulması prosesi aparılır. Artıq 2796 nəfərə üçüncü doza peyvənd vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır