CƏMİYYƏT


Şəhid polkovnikin adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs saxlanılıb

Vətən müharibəsi şəhidi polkovnik Babək Səmidlinin adından “İnstagram” sosial şəbəkəsində saxta səhifə açıb insanların etibarından sui-istifadə edərək pul yığılması ilə bağlı Daxili İşlər Nazirliyinə edilən çoxsaylı müraciətlər əsasında araşdırmalara başlanılıb.
Bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Bərdə rayon sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Amal Şirinzadə olan şəxs tərəfindən yaradılıb. Saxlanılaraq baş idarəyə gətirilən həmin şəxs “İnstagram” sosial şəbəkəsində “sehid_polkovnik_babek_semidli” adlı səhifə yaratdığını etiraf edib.