Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda şəhid kəşfiyyatçı Nazir Xurşudovun xatirəsi əbədiləşdirilib

28.10.2021 [16:49]

Xəbərin mətni

Xaçmaz rayonunun Çaykənarı kəndində Vətən müharibəsi şəhidi kiçik çavuş Nazir Xurşudovun xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib.Kompleksin açılış mərasimində Milli Məclisin deputatı Sevil Mikayılova, Xaçmaz Rayon İcra Hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.