Xaçmazda toplanan xurmanın əksəriyyəti xarici bazara çıxarılır
29.10.2021 [17:50]
Xəbərin mətni
Xaçmazlı təsərrüfatçılar xurma bağlarında məhsul yığımına başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bağlardan toplanan məhsulun böyük hissəsi qablaşdırılaraq soyuducu anbarlara yığılır. Rayonda yetişdirilən xurmanın 80-90 faizi satış üçün Rusiya bazarına göndərilir.