Cəbrayıla bayraq sancan şəhid Əli Quliyevin xatirəsinə bulaq inşa olunub
29.10.2021 [19:14]
Xəbərin mətni
Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Quliyev Əli Tədbir oğlunun xatirəsinə İmişli rayonunun Otuziki kəndində inşa edilən bulağın açılışı olub.Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.