CƏMİYYƏT


Səpini gecikən pambıq tarlalarında aparılan pilot layihədə yüksək nəticə əldə olunub

Pambıq bitkisinin becərilməsində kökdənkənar yemləmənin tətbiqi öz bəhrəsini verir. Ağdam rayonunda mütəxəssislər və fermerlər səpini gecikən pambıq tarlalarında apardıqları pilot becərmədə yüksək nəticəyə nail olublar.Quzanlı qəsəbəsindən olan fermer Mürsəl Qurbanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il çiyid səpinini gec həyata keçirdiyi üçün yüksək məhsuldarlıq gözləməyib.