Mingəçevirdə Vətən müharibəsi dövründə dağılmış evlər təmir olunub
01.11.2021 [17:53]
Xəbərin mətni
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən Mingəçeviri raket atəşinə tutması nəticəsində şəhərdə 40-dan çox evə ziyan dəyib. Prezident İlham Əliyevin tapşırığına əsasən dağılan evlərdən 1-i yenidən tikilib, 41-i təmir-bərpa olunub. Digər 2 evdə isə təmir işləri bitmək üzrədir.