CƏMİYYƏT


Zaqatalada xeyli miqdarda narkotik vasitə məhv edilib

Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Yengiyan kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ümumi çəkisi 1 ton 600 kiloqram olan 3000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.