CƏMİYYƏT


Şəhid Nemət Həsənovun anım günündə Şəhidlər bulağı açılıb

Vətən müharibəsində şəhid olan Nemət Həsənovun anım günündə rayonun Qaralar kəndində Şəhidlər bulağı istifadəyə verilib. Abidə üzərində Nemətlə bərabər Birinci Qarabağ müharibəsi və Aprel döyüşlərində Qaralar kəndindən şəhid olan qəhrəmanların da şəkilləri yer alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bulağın açılışında şəhidin ailə üzvləri ilə bərabər rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid Nemətin döyüş yoldaşları, kənd ictimaiyyəti iştirak edib. Əvvəlcə şəhidlərin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.