Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavənddə alban məbədlərini ziyarət ediblər
05.11.2021 [11:35]
Xəbərin mətni
Erməni işğalından azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim alban məbədləri uzun illərdən sonra əsl sahibləri olan udilər tərəfindən ziyarət edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Alban-Udi Xristian Dini İcmasının üzvləri noyabrın 4-də əvvəlcə ata-babalarından miras qalan Ağxaç kilsəsində olublar. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.