Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər Gününü sərhədçilər yüksək əhval-ruhiyyə və böyük coşqu ilə qeyd ediblər

07.11.2021 [15:05]

Xəbərin mətni

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qalibiyyətimizin, xalqımızın yenilməzliyinin, Silahlı Qüvvələrimizin qüdrətinin təntənəsi olan Zəfər Gününü sərhədçilər yüksək əhval-ruhiyyə və böyük coşqu ilə qarşılayırlar.Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.