Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Zəfər Günü münasibətilə Vyanada tədbir təşkil edilib

08.11.2021 [11:13]

Xəbərin mətni

Vyanada 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan və türk diasporlarının iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə keçən tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib, onların ruhuna Quran oxunub.Azərbaycan, Türkiyə və Avstriyanın Dövlət himnləri səsləndirilib.