Azərbaycan Dövlət İnformasiya Agentliyi

DOST mərkəzlərinin hər birinin önündən 44 göyərçin səmaya buraxılıb

08.11.2021 [11:42]

Xəbərin mətni

Zəfər Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Vətənimizə daim sülh arzusu ilə!” adlı aksiya keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, hər bir DOST Mərkəzinin önündən sülh, əmin-amanlıq rəmzi olan göyərçinlər səmaya buraxılıb.Möhtəşəm tarixi Zəfərimizə həsr olunan tədbirdə DOST mərkəzlərinin əməkdaşları və DOST könüllüləri ilə yanaşı, Vətən müharibəsinin bir qrup qazisi də iştirak edib.