Budapeştdə Dunay çayı üzərində Zəfər Günü tədbiri
08.11.2021 [13:11]
Xəbərin mətni
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi münasibətilə gəmidə Zəfər Günü adlı tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, Budapeştdə yerləşən Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun yardımı ilə keçirilən tədbirdə Macarıstanda yaşayan soydaşlarımız, Macarıstan Respublikasındakı səfirliyimizin əməkdaşları, yerli QHT və media nümayəndələri, Macarıstanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.