Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nyu-Yorkda Zəfər Günü münasibətilə tədbir keçirilib

08.11.2021 [13:18]

Xəbərin mətni

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, aksiya Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə şəhərin Bruklin bölgəsində reallaşıb.Eyyub Sultan Mədəniyyət Mərkəzinin qarşısında başlayan Zəfər yürüşü Cadman Plaza Parka qədər davam edib.