CƏMİYYƏT


Beyləqanda 44 metrlik bayraqla Zəfər yürüşü təşkil olunub

8 Noybar-Zəfər Günü Beyləqanda da təntənə ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra Azərbaycan bayrağı ilə Zəfər yürüşünə start verilib. Yürüşüdə rayon rəhbərləyi, idarə əməkdaşları, şəhid ailələri, vətən müharibəsi qaziləri, döyüşçülər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhər mərkəzindən başlayan yürüş Şəhidlər xiyabanına qədər davam edib.