Qusarda Zəfər Günü ilə əlaqədar bayram yürüşü keçirilib
08.11.2021 [17:34]
Xəbərin mətni
Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobillər şəhər boyu yürüş edərək bayram əhvali-ruhiyyəsi yaradıb.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən oğullarını yad ediblər.