Ucarda növbəti suvarma mövsümünə hazırlıq işləri görülür
10.11.2021 [10:34]
Xəbərin mətni
Ucar Suvarma Sistemləri İdarəsi növbəti suvarma mövsümünə hazırlaşır. İdarə tərəfindən 2021-ci ilin 9 ayında 159 ədəd hidrotexniki qurğu cari təmir olunub. Suvarma arxları və kollektor drenaj şəbəkələrində isə 642 min metr məsafədə lildən təmizləmə işləri görülüb.AZƏRTAC xəbər verir ki, İdarə rayonun 28935 hektar suvarılan torpaq sahəsinə xidmət edir.