Şəhid Fəxrəddin Fərəcovun xatirəsi anılıb
10.11.2021 [12:20]
Xəbərin mətni
Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan kiçik çavuş Fəxrəddin Fərəcovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman döyüşçünün 28-ci doğum günü Xaçmazda məzarı başında qeyd olunub.
Anım mərasimində şəhidin döyüş yoldaşları, ailə üzvləri, yerli icra qurumlarının nümayəndələri və Xudat sakinləri iştirak ediblər.