Ağstafada Dövlət Bayrağı Günü münasibətilə bayraq yürüşü keçirilib
10.11.2021 [12:42]
Xəbərin mətni
Ağstafa rayonunda Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş keçirilib. Hərbi Orkestrin müşayiəti ilə keçirilən yürüşdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrin əsgər və zabit heyəti iştirak edib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qələbə ab-havasında keçən yürüşdə Azərbaycan bayrağı ilə yanaşı, qardaş Türkiyənin də bayrağı dalğalanıb, vətənpərvərlik şüarları səsləndirilib.