Hərəkətdə olan Bakı-Sumqayıt elektrik qatarına daş ataraq vaqonların şüşələrini sındıran azyaşlılar saxlanılıblar
10.11.2021 [12:56]
Xəbərin mətni
Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb. Nəticədə qatarın şüşələri sınıb və sərnişinlərin həyətı üçün real təhlükə yaranıb. Eyni hal iki dəfə - noyabrın 4-də və 6-da təkrarlanıb.