Azərbaycan Dövlət İnformasiya Agentliyi

Toğanalı-Kəlbəcər avtomobil yolu qar və buzdan təmizlənir

11.11.2021 [16:04]

Xəbərin mətni

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsində (Ömər aşırımı) qeyri-sabit hava şəraiti hökm sürür. Sözügedən hissədə hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yolun qardan və buzdan təmizlənməsi istiqamətində mütamadi olaraq fasiləsiz işlər aparılır.
Agentlik tərəfindən yolun qardan və buzdan təmizlənməsi işlərinə ümumilikdə 12 maşın-mexanizm və texnika cəlb edilib.