Saatlıda torpaq məcralı kanallar beton üzlüyə alınacaq
11.11.2021 [16:00]
Xəbərin mətni
Saatlıda əkin sahələrinin suvarılması üçün mütəmadi olaraq plana uyğun işlər aparılır. Suvarma kanalları lildən təmizlənib, hidrotexniki qurğular sazlanıb. Yaxın gələcəkdə torpaq məcralı kanalların beton üzlüyə alınması nəzərdə tutulub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində 57 min hektar suvarılan sahəyə 1373.3 kilometr suvarma kanalları ilə xidmət göstərilir. Kanalların 300 kilometri beton üzlüklü, 24 kilometri nov, qalanı isə torpaq məcralıdır.