Sabunçu rayonunda qızıl-zinət əşyalarını oğurlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb
12.11.2021 [16:56]
Xəbərin mətni
Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində son bir neçə ay ərzində mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elmin Cəfərov tutularaq istintaqa təqdim edilib.