Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid Famil Həsənzadənin xatirəsinə inşa olunan bulaq istifadəyə verilib

12.11.2021 [17:37]

Xəbərin mətni

Vətən müharibəsinin şəhidi Famil Həsənzadənin xatirəsinə inşa edilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük Zəfər yürüşün qəhrəmanlarından olan Famil Həsənzadənin doğulub boya-başa çatdığı Kəbirli kəndində şəhidin xatirəsini əbədiləşdirən bulaq istifadəyə verilib. Mərasimdə şəhidin ailəsi ilə bərabər rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin döyüşçü yoldaşları, kənd ictimaiyyəti iştirak edib.